| Xəbər 606 dəfə oxunub
Lamezia Terme-Berlin reysində 8 nəfər xəsarət alıb

Turbulentlik səbəbindən "Eurowings" təyyarəsində ən azından səkkiz nəfər xəsərət alıb.

Trend-in məlumatına görə, Airbus 319 təyyarəsi İtaliyanın Lamezia Terme şəhərindən Berlinə yola düşürdü.

Belə ki, hava limanına eniş etməzdən əvvəl təyyarə turbulentlik zonasına daxil olub. Bu səbəbdən altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.