| Xəbər 713 dəfə oxunub
Şimali Koreya Şərq dənizinə doğru iki naməlum mərmi atıb

Şimali Koreya çərşənbə axşamı günü Şərq dənizi istiqamətində iki naməlum mərmi buraxıb.

Trend-in məlumatına görə, naməlum mərmilərin atəş mənbəsi, Şimali Koreyanın qərbində yerləşən Namdo əyaləti oldugunu bildirilir. Mərmilərin növü və təyinatı barədə məlumat açıqlanmır.

Qeyd edək ki, Cənubi Koreya silahlı qüvvələri Şimali Koreyanı izləyirlər və döyüş hazırlığı vəziyyətindədirlər.