| Xəbər 621 dəfə oxunub
Tramp bildiribki, Çinlə və ABŞ arasında ticarət-iqtisadi danışıqlar davam edir

Çin nümayəndələri ABŞ-da ticarət məsələləri üzrə məsləhətləşmələr üçün iki və ya üç həftə sonra gələcək, bu sözləri Tramp Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən söyləyib.

Trend-in məlumatına görə,Çin və ABŞ bir neçə ay ərzində ticarət mübahisələrinin həlli barədə danışıqlar aparır. Sonuncu dəfə bele danışıqlar iyulun 30-31-də Şanxayda keçirilmişdir.

Çin-in Kommersiya Nazirliyi cümə axşamı elan edib ki, növbəti, sayca 13-ci olan, ticarət-iqtisadi danışıqlar raundu oktyabrın əvvəlində Vaşinqtonda keçirələcək.