|
"Arvadım pis olmasın"

Aktyor Murat Yıldırım ilə İmane Elbani İstanbulda  Amerikan xəstəxanasından çıxarkən obyektivlərə tuş gəliblər.

 

Axşam.az xəbər verir ki, arvadının hamiləliyinin üçüncü ayında uşağını itirməsi məlumatlarını təsdiqləyən Yıldırım bu haqda danışmaq istəməyib.

O, jurnalistlərin suallarına "Təəssüf, uşaq tələf oldu. Amma mənim üçün ən önəmlisi, həyat yoldaşımın üzülməməsidir" deyə, bildirib.

Yıldırım "Ata olmağa yenə çalışacaqsınız" sualına "Əlbəttə, hər zaman" cavabını verib.