| Xəbər 780 dəfə oxunub
Həbibin yumruğu və ürəyi - İslamda yeni brend ad!

Təxminən 1 il əvvələ-oktyabrın 6-dək Həbib ismi dünyada çox adama tanış deyildi. Baxmayaraq ki, 29 yaşlı bu idmançı qarışıq döyüş növlərində artıq bir əfsanəyə çevrilməkdə idi,   2 ölkəsindən kənarda o qədər də tanınmırdı.

Elə Azərbaycanda da Xəzərin o biri tayında Dağıstandakı bir kiçik kənddə anadan olan, sonra Mahaçqalaya köçən bu idmançı haqda çətin ki, ətraflı nəsə biləydilər. 6 oktyabrda-Bruklində UFE versiyası üzrə dünya çempionu titilu uğrunda məlum döyüşədək…

İş elə gətirmişdi ki,irlandiyalı rəqib Konor Makqreqro «çərt qoz» və Həbibdən çox populyar idi. Üstəlik, ABŞ-dakı bu döyüş ikisupergücün qarşıdurmasının pik nöqtəsinə təsadüf edirdi. O səbəbdən ruslar bu döyüşü bir şərəf  məsələsinə çevirmişdilər və məsuliyyət bir dindar müsəlmanın üzərinə yüklənmişdi. Müsəlman dünyası da bundan etkilənmişdi,Həbib beləcə müsəlman dünyasının fərqli qəhramanına çevrilmişdi. Bu, İslam dünyasında yeni brend olacaqdı. Başındakı papağı ilə həm də…

habib nurmuhammed ile ilgili görsel sonucu

O günlər Həbibin üzərində ciddi   təzyiq vardı,üstəlik rəqib aqresivliyi bir tərəfə, tərbiyəsiz biri idi. O, Həbibə «çirkin siçovul» deməklə dinc durmurdu, həm də onun ömürlük qəlbini bağladığı dinə dil uzadırdı. Bu səbəbdən oktyabrın 6-da   iki döyüşçünün simasında iki sivizasiyanın, iki dinin mübarizəsi olacaqdı.

Həbibin sorağıda bu səbəbdən Bakıya da gəlib çıxmışdı.

Döyüş günü Konor cəmi 4 hissə dözə bildi. İrlandiyalı Həbibin məşhur boğma fəndinə düşəndə bəziləri Konorun ölümünü belə istəyirdilər. Həbib isə… xeyirxahlıq və ədalət dini olan İslama bağlığını bir daha dünyaya göstərdi.

Ä°lgili resim

İndi bəzilərinə qanlı bitən bu döyüşlərdə xeyirxahlıq ifadəsi gülməli də görünə bilər. Amma Həbibə qulaq asanda,  onun güclü yumruqları deyil, mərhəmətli ürəyi ilə hökmranlıq etdiyinə əmin olursan. Açığı bu cür idmanı şəxsən mən qəbul etmirəm, indiyədək də yalnız iki dəfə bu döyüşə baxmaşam. Ötən il Konorla döyüşə və dünən gecəyarı  Dubaydakı qarşılaşmaya…

Rusiya televiziyası döyüşdən əvvəl Həbibin ötən ilki qələbəsindən sonra verdiyi geniş müsahibəni yayımladı. Bunadək də onun müsahibələrində insan kimi kəşf etdiyim, hətta heyran qaldığım məqamlar vardı.

 Həmin məşhur boğma fəndindən danışanda dedi ki, o halda iki variant olur:ya döyüşçü özündən gedir, ya təslim olur. Amma bu qədər təhqirlərə baxmayaraq, o Konoru «kletkada sağ buraxmağa» qərar verib. Sonrası məlum, Həbib meydandan sıçrayıb  yenə onu, inancını, ailəsini təhqir edənləri vurdu. Onun haqq etdiyi kəməri o meydanda vermədilər. 

Həbib boğdu ile ilgili görsel sonucu

Zidan az qala 20 il əvvəl italiyalını kəllə ilə vurduğuna görə hələ də fəxr edir(italiyalı futbolçu onun anasını söymüşdü), az qala o meydan ətrafındakı hamını döyməyə gücü olan bu 30 yaşlı idmançı isə səhv etdiyini deyir. 

Onun böyüdüyü vilayət haqda artıq nəsə deməyə gərək yox. Amma Həbib sanki fərqli bir mühitdə böyüyüb…Bizim bəzi idmançıların uğurdan başları gicəlləndiyini, meşşan həyata sürükləndiyini yada salanda, Həbibə hörmətin daha da artır. Kifayət qədər pulu, məşhurluğu olan bu  adam nə deyir? Dünya malı boş şeydi, müvəqqətidir. Hamımızı bir çuxura(«yama» dedi) qoyacaqlar. Mənim üçün məndən sonrası mühümdür. Mənə Konorla necə döyüşdün sormayacaqlar..Məndəm necə insan olmağımı sorğu-sual edəcəklər. Mənim üçün ən önəmlisi budur. Heç bir ali savadı olmayan, həcc ziyarətində olub həciyəm deməyən Həbib qəlbini verdiyi islamı bayağı sözlərlə təbliğ etmir, həci olduğunu gözə soxmur, imanını reklam üçün istifadə etmir, idmançı titulunu hansısa vəzifəyə dəyişmir. Onun əxlaq və  idmançı kimi davranışı bir örnəkdir. Bu, dağıstanlıları terrorçu, çobanı kimi təqdim etmək istəyənlərə, islamı düşmənçilik kimi qananlara Həbibib dirənişidir. Onun missiyası təkcə döyüşmək deyil. O həm də böyük insan olmaq üçün çalışır…Bu səbəbdən o daha çox hörmətə layiqdir. İslamda belə brendlər çox əhəmiyyətlidir. Futbolçu-xeyriyyəçi Məhəmməd Salah kimi, Həbib Nurməhəmmədov kimi…