| Xəbər 692 dəfə oxunub
Badmintonçumuz beynəlxalq turnirdə ikinci yeri tutub

Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirində ikinci yer tutub.

Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçimiz "International Challenge" kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Badmintonçumuz finala gedən yolda Lino Munyoz (Meksika), Sankirs (Kanada), Toma Junior Popov (Fransa) və Tobi Pentini (İngiltərə) məğlub edib. 3 set davam edən hər bir qarşılaşma Edinin rəqibləri üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, Lino Munyoz,Toma Junior Popov və Tobi Penti Dünya Badminton Federasiyasının reytinq siyahısında ilk 100-lükdə qərarlaşıb.

Dviçayo finalda kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti,dünya reytinqində 33-cü sırada qərarlaşan Hollandiya badmintonçusu Mark Kaljouya 0:2 (15-21, 10-21) hesabı ilə uduzub. 68 badmintonçunun mübarizə apardığı kişilərin şəxsi yarışında ikinci yer tutan Edi hesabına 3400 reytinq xalı yazdırıb.