| Xəbər 614 dəfə oxunub
Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb