| Xəbər 732 dəfə oxunub
Görmə zəifliyindən əziyyət çəkənlər üçün XƏBƏR!

Amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək etmək məqsədilə genişlənmiş reallıq eynəkləri hazırlayıblar.

Trend-in məlumatına görə, tədqiqatçılar bu eynəklər vasitəsilə retinit piqmentozu kimi göz xəstəliyindən əziyyət çəkən pasientlərdə hərəkətliliyin 50%, məhsuldarlığın isə 70% yaxşılaşacağını müəyyənləşdiriblər.

Mütəxəssislər bildirirlər ki, eynək, həmçinin məhdud periferik görmə qabiliyyəti olan insanlara çətin mühitləri şərh etməyə kömək edən vizual rəng siqnalları verir. O, zəif işıqlandırılan yerlərdə maneələrin qarşısını alır.