| Xəbər 1228 dəfə oxunub
Hər il 4 milyonadək uşaq bronxial astmaya yoluxur - SƏBƏB

Atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır.

Trend-in məlumatına görə, ABŞ-ın Corc Vaşinqton Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, bu rəqəm ümumilikdə bronxial astma yoluxma hallarının 20 faizini təşkil edir.

Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı maddələrin təsirindən xəstələnib.

 

Qeyd edək ki, hazırda dünyada bronxial astmadan 235 milyon nəfər əziyyət çəkir. Hər il 400 minə yaxın şəxs bu xəstəlikdən və onun fəsadlarından ölür.