| Xəbər 1391 dəfə oxunub
Ucarda 2 otaqlı ev yanıb

Ucarda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ucar rayonunda ümumi sahəsi 90 m² olan 2 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.