| Xəbər 1048 dəfə oxunub
Cəlilabadda sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Cəlilabadda 42 yaşlı kişini maşın vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Səhrədabad kəndi ərazisində baş verib.

Kənd sakini Hüseynov Eldəniz Əlirza oğlu sürücülük hüququ olmadan Ağstafa rayon sakini Mehdiyev Eldəniz Zirəddin oğluna məxsus "QAZ 31-10" markalı avtomobillə Səhrədabad-Ləkik avtomobil yolu ilə hərəkətdə olarkən yolu keçən, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.