|
Kürdəmirin mərkəzi bazarında yanğın söndürülüb

Kürdəmir rayonunda ümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

XXX

06:37

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.​