|
Pomidor maskası ilə dəridəki ləkələrdən qurtulun

Pomidor və düyü unu maskası ilə ləkələr də daxil olmaqla dəridəki bir çox problemlə savaşa bilərsiniz.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, asan əldə edilən bu maska ilə dərinizi tanımayacaqsız.

Lazım olanlar:

1 ədəd pomidor

2 ç.q düyü unu

Hazırlanması:

 

Pomidoru bur kasada rəndələyin. Daha sonra düyü ununu əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra üz dərinizə tətbiq edin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın.

Bu maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.