| Xəbər 6545 dəfə oxunub
Duz əvəzinə şüyüd - Təzyiq xəstələrinə MƏSLƏHƏT

Hipertoniklər üçün duz əsl təxribatçı, ölüm oyuncağıdır. Orqanizmdə duzun çoxluğu mayeni saxlayır, ürəyə yükü artırır, hipertonik kriz yaradır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, təzyiq xəstələri sutkada 3 qr-dan artıq duz qəbul etməməlidir. Onların yeməyi duzsuz hazırlanmalı və boşqabda özü az duzlamalıdır.

Eləcə də mayonez, şoraba, duzlu pendir olmaz.

Alimlər təzyiq xəstələrinə duz əvəzinə şüyüd qurusu, cəfəri, ətirli otlar və sarımsaq istifadə etməyi tövsiyyə edir. Bu metoda keçsəniz təzyiqinizin bir neçə rəqəm aşağı düşəcəyinizi görəcəksiniz.