|
"Beşiktaş"dan ayrıldı, İtaliya klubuna keçir

“Beşiktaş” daha bir futbolçusu ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, Qari Medel İstanbul təmsilçisini tərk edib.

Çilili yarımmüdafiəçi ötən gün komanda yoldaşları ilə  görüşərək, klubdan ayrılıb. Komandanın hücumçusu Burak Yılmaz sosial şəbəkə hesabında Medelə "Beşiktaş"da etdiklərinə görə təşəkkürünü bldirib.

 

Çili millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. O, A Seriyasında mübarizə aparan “Bolonya” ilə anlaşıb. Artıq İtaliyaya yola düşən 32 yaşlı yarımmüdafiəçinin tezliklə yeni klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
 
Qeyd edək ki, Medel 2017-ci ildən “Beşiktaş”da çxış edirdi.