| Xəbər 441 dəfə oxunub
Yaponiyada 23 nəfər istidən ölüb

Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində azı 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, Yaponiya bütün ölkə ərazisində davam edən istilərdən əziyyət çəkir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatır.

Zərərçəkən və ölən insanların əksəriyyəti əsasən evdə qənaət məqsədilə kondisioneri işlətməyən yaşlılardır.