| Xəbər 1972 dəfə oxunub
Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

BŞGİBİ-dən Trend-ə bildirilib ki, idmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqif Əhmədov, II yerə Sabir Babayev, III yerə isə Valeriya Turin layiq görülmüşlər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.