| Xəbər 2712 dəfə oxunub
Ana və 6 aylıq qızı qəzada yaralandı

Aeroport yolunda -"Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.

Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.