| Xəbər 3889 dəfə oxunub
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçirilmiş tеst imtаhаnının NƏTİCƏLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

 

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 284 namizəddən 26 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 258 namizəddən 128 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.