| Xəbər 2681 dəfə oxunub
Bakıda avtobus minik maşını ilə toqquşub

Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.