| Xəbər 1101 dəfə oxunub
Sərdar Ortaç beş illik evliliyini bitirdi

Müğənni Sərdar Ortaç həyat yoldaşı Xloedən boşanıb.

 

Axşam.az xəbər verir ki, razılaşma əsasında boşanan cütlük məhkəmə zalına birgə gəlib.

Çıxışda jurnalistlərin suallarını cavablandıran sənətçilər hər şeyin yaxşı olduğunu, lakin evliliklərinin belə davam edə bilməyəcəyini deyiblər.

Qeyd edək ki, S.Ortaç irlandiyalı modellə 2014-cü ildə ailə qurmuşdu