| Xəbər 1140 dəfə oxunub
"Bavariya" yoldaşlıq görüşündə 23 qol vurub

Almaniya "Bavariya"sı yoxlama matçında eyni ölkənin "Rottaq-Eqern" klubu ilə qarşılaşıb.

Trend xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 23:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən çox qolu yarımmüdafiəçi Korentin Tolisso vurub. O, rəqibin qapısından dörd qol keçirib.