| Xəbər 668 dəfə oxunub
Bakıda 44 yaşlı kişiyə zor tətbiq edərək çantasını və telefonunu alıblar

Bakının Səbail rayonunda 44 yaşlı kişiyə qarşı soyğunçuluq törədilib.

APA xəbər verir ki, hadisə Mikayıl Hüseynov küçəsində baş verib.

Belə ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əfqan Tanrıverdiyevi hədələyib və boğmağa cəhd göstərib. Daha sonra onun çanta və mobil telefonunu əlindən alaraq qaçıblar.

Faktın təfərrüatları Səbail RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.