| Xəbər 766 dəfə oxunub
Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə toplantı keçirilib

Komandir hazırlığı sistemi çərçivəsində Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə növbəti toplantı keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nəzəri və praktiki məşğələlərin keçirildiyi üçgünlük toplantıda əsas məqsəd zabitlərin ixtisas hazırlıqlarının təkmilləşdirilməsi olub.