| Xəbər 1064 dəfə oxunub
İslam Bazarqanov "Qran-pri"nin finalına yüksəlib

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci yarış günündə 57, 65 və 74 kq-da sərbəst, 60, 67, 77 və 87 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) finala vəsiqə qazanıb. Onun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Şahin Muxtarov, eləcə də yunan-Roma güləşçilərimizdən Kamran Məmmədovla (67 kq) Həsən Əliyev (77 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.