| Xəbər 848 dəfə oxunub
ABŞ-da təyyarə qəzaya uğrayıb

ABŞ-da birmühərrəkli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Pensilvaniya ştatında, Montqomeri yaxınlığında baş verib.

Qeyd olunur ki, göyərtəsində üç nəfərin olduğu birmühərrəkli təyyarə yaşayış evlərindən birinin arxa həyətinə düşüb.

Göyərtədəki adamları hamısı həlak olub.

 

Məsələ ilə bağlı araşdırma aparılır.