| Xəbər 1665 dəfə oxunub
Güləşçilərimiz “Qran-pri”yə altı medalla başladı

ürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.