| Xəbər 1622 dəfə oxunub
Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.