|
Zelenski Ərdoğanı Ukraynaya dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski Ankarada keçirdiyi birgə brifinq zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib.

Trend-in məlumatına görə, avqustun 8-də V.Zelenskinin Türkiyəyə iki günlük səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar və Konstantinopol patriarxı Varfolomey ilə görüş nəzərdə tutulub.

Ukrayna prezidenti deyib: "Sizi (Ərdoğanı), həmkarlarınızı Ukraynaya dəvət edirəm".