| Xəbər 756 dəfə oxunub
Rusiyada yol qəzasında 32 nəfər xəsarət alıb

Rusiyanın Novorossiysk şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, otuz ikidən çox insan xəsarət alıb.

Trend-in məlumatına görə, Verxnebakanskiy qəsəbəsi yaxınlığında reys avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil 30 metr dərinlikdə olan dərəyə düşüb.

 

Bildirilir ki, 21 nəfər, o cümlədən 11 azyaşlı xəstəxanaya yerləşdirilib. Ümumilikdə avtobusda 42 nəfər olub.