| Xəbər 701 dəfə oxunub
Yunanıstanda turist avtobusu yanıb

Yunanıstanda turist avtobusu yanıb.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında Kozani şəhəri yaxınlığındakı tuneldə baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələki məlum deyil. Avtobus sürücüsü sakitcə nəqliyyat vasitəsini tuneldən çıxara, magistral yolun kənarında dayana və bütün sərnişinləri təhlükəsiz yerə düşürə bilib.

 

Bildirilir ki, avtobus tamamilə yanıb.