|
Jurnalistlərə pulsuz internet veriləcək

İranda 1 il müddətinə jurnalistlərə pulsuz internet veriləcək.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran hökuməti 8 avqust - Jurnalist Günü ilə bağlı jurnalistləri mükafatlandırmaq üçün bu addımı atıb.

H.Ruhani əlavə edib ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə göstəriş verilib.

 

Xatırladaq ki, 1998-ci il avqustun 8-də İRNA agentliyinin müxbiri Mahmud Saremi İran konsulluğunun 8 diplomatı ilə birlikdə Əfqanistanın Məzarişərif şəhərində Taliban qruplaşması tərəfindən qətlə yetirilib. Bu münasibətlə hər il avqustun 8-i İranda jurnalist günü kimi qeyd edilir.