| Xəbər 1665 dəfə oxunub
İlk dəfə əl-ələ görüntüləndilər - Fotolar

Aktyorlar Dilan Telkök ilə Berkay Hardal ilk dəfə əl-ələ görüntüləniblər.

 

Axşam.az xəbər verir ki, cütlük birlikdə alış-veriş mərkəzinə yollanıb. paparassiləri qarşısında görən sevgililər təəccübünü gizlədə bilməyib.

Dilan və Berkay ünvanlanan suallara "Daha münasibətlərin başlanğıcındayıq. Həyəcan yaşayırıq. Dostlarımızın sayəsində tanış olduq. əvvəl dost idik, sonra sevgili olduğumuzu başa düşdük" deyərək, uzaqlaşmağa çalışıblar.

Qeyd edək ki, Berkay "İstanbullu gelin" serialında Murad obrazı ilə məşhurlaşmışdı. O, ekran işində sevgilisi obrazını canlandıran Hira Koyuncuoğlu ilə real həyatda da eşq yaşayırdı.