| Xəbər 903 dəfə oxunub
Eriksen "Mançester Yunayted" ilə danışıqlar aparmağa hazırdır

İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Kristian Eriksen "Mançester Yunayted"ə mümkün keçidini şərh edib.

Trend-in "Sports.ru"ya isitnadən verdiyi məlumata görə, daha əvvəl danimarkalı futbolçu və onun ətrafındakılar "Mançester Yunayted" variantını dəyərləndirmirdilər, çünki Mançester təmsilçisi növbəti mövsüm Çempionlar Liqasında çıxış etməyəcək.

Bildirilir ki, "Real Madrid" K.Eriksenin tranferindən imtina etdikdən sonra futbolçu "Mançester Yunayted" variantını nəzərdən keçirməyə hazırdır və klubla danışıqlara açıqdır.

 

Qeyd edək ki, K.Eriksenin "Tottenhem" ilə müqaviləsinin müddəti növbəti yay bitir.