| Xəbər 4408 dəfə oxunub
Corabla yatmağın İNANILMAZ FAYDALARI

Bir çox insanlar corabla yatmağın insan sağlamlığına zərər vurduğunu desə də əslində bu belə deyil. Mütəxəssislər corabla yatmağın insan orqanizminə müsbət təsir etdiyini bildiriblər.
Milli.Az yeniavaz.az-a istinadən corabla yatmağın faydalarını təqdim edir:
Normal yuxu insan sağlamlığının ən vacib rollarından birini oynayır. Araşdırma nəticəsində məlum olmuşdur ki, yatmazdan əvvəl ayaqların isidilməsi beyinə yuxu siqnalların göndərilməsinə imkan verir. Corabla yatmaq ayaq sağlamlığı və bədən sağlamlığı üçün olduqca faydalıdır. Yatmazdan əvvəl corab geyinmək damarları genişləndirir bu da yuxuya getməni asanlaşdırır və yatma vaxtını uzadır. Beləliklə də dərin yuxuya gedirsiniz və gecələr tez-tez yxudan oyanmırsınız. Eyni zamanda mütəxəssislər corabla yatan şəxsin daha çox yuxu gördüyünü deyir.
Qeyd edək ki, gecə corabla yatmaq sağlamlığa faydalı olsa da bu vəziyyət yanlış corab seçimi, təmiz olmayan corab istifadəsi zamanı sağlamlığınıza zərər verə bilər.  Mütəxəssislər yatmazdan əvvəl təmiz, ayaqların sıxılmaması üçün rezini sıx olmayan corablardan istifadə etməyi məsləhət görür.