| Xəbər 4901 dəfə oxunub
Görməni zəiflədən məhsullar

Orqanizmdə olan bütün orqanlar bir-biri ilə sıx əlaqədədir. Bu səbəbdən yediyimiz hər şey gözümüzə də təsir edir. Milli.Az faktxeber.com-a istinadən bildirir ki, elm adamları zəif görən insanlara mənfi təsir göstərən məhsulların adını açıqlayıb.

Birinci yerdə buğda unundan hazırlanan ağ çörək gəlir. Bu məhsulda çoxlu miqdarda  rafinəedilmiş nişasta var, hansı ki, mədəaltı vəzini daha çox insulin   ifraz etməsinə səbəb olur.  Bu isə göz almasına təsir edir və miyopiya yaradır.

Qəhvədən və alkoqoldan çox istifadə etmək damarları qurudur və gözdəki qan dövranını pozur. Bundan başqa  spirt baş beyin qabığının görmə qabiliyyətinə təsir edən müəyyən hissələrinə təsir göstərir.

"Zibil yeməklər" - qida əlavələri, süni boyalar, aromatizatorlar, dad artırıcı, konservantlar, , e-əlavələr  və başqa qatqılar olan müxtəlif burqerlər, qazlı içkilər, çipslər, suxarilər, şirniyyatlar və souslar ümumiyyətlər bütün orqanizmə, o cümlədən görmə orqanlarına  neqativ təsir göstərir.

Karbohidratlar - bulkalar, şirniyyatlar, makaronlar və rafinə edilmiş düyü də insulinin ifrazını artırır, həmçinin gözün tor qişasına təsir edərək, onu dağıdır.

Duz - orqanizmə lazımdır, ancaq məhdud miqdarda  - gün ərzində 6 qramdan çox olmayaraq. Duzdan çox istifadə etmək mayenin  orqanizmdən çıxmasının qarşısını alır və gözdaxili təzyiqi artırır. Bu isə gözdə kataraktaya qədər  bir sıra ciddi problemlərlə nəticələnə bilər.

Lakin gözə zərər verən məhsullardan başqa, onu müdafiə edən məhsullar da var.

 

Hər şeydən öncə bu A, B qrupu vitaminləri və luteinlərdir.  Qan dövranını yaxşılaşdırmaqla  onlar tor qişanın  qidalanmasına şərait yaradır.

Gözü "qidalandırmaq" üçün qaragilə, kök, şirin  bibər, ispanaq və kələm ən yaxşı seçimlərdəndir.

Bundan başqa somon, skumbriya, rinqa kimi yağlı balıq növlərində A vitamin, həmçinin doymuş yağ turşuları var. Amin turşuları  gözün  normal funksiyasına və sinir sisteminə şərait yaradır. Xüsusən qırmızı əti olan balıq göz quruluğu sindromunun profilaktikasına kömək edir. Balıqdan mütəmadi istifadə etmək  yaşlı vaxtlarda gözün itiliyinin qorunmasına kömək edir, gözün tor qişasının  deqenerativ  xəstəliklərindən müdafiə edir.