|
Məşhur cütlük toydan əvvəl 500 minlik yaxtada parti etdi

"Christina" adlı dəbdəbəli yaxtada Tom Kaulits və Haydi Klum toydan əvvəl dostları üçün parti təşkil ediblər.

 

Axşam.az xəbər verir ki, yaxtada cütlüyün dostları və övladları yer alıblar. 9 yaşlı Lu, 12 yaşlı Genri və 15 yaşlı Helen gəzinti boyunca əylənib.

Bildirilib ki, modelin övladları analarının sevgilisi ilə yaxşı yola gedirlər. paparassilər yaxta gəzintisindən fotolar çəkməyə nail olublar.

Məşhur "Christina" yaxtası son günlər varlıların əyləncə mərkəzinə çevrilib. 1943-cü ildə hazırlanan su nəqliyyat vasitəsində Merilin Monro, Uinston Çerçil, Qreys Kelli kimi məşhurlar dincəlib.