| Xəbər 1302 dəfə oxunub
Filipp Kirkorov Bakıda yeni şou proqramını təqdim edəcək

Rusiya estradasının kralı, xalq artisti Filipp Kirkorov oktyabrın sonunda Bakıda yeni şou-proqramını təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə müğənni öz “Instagram” səhifəsində yazıb.

Hazırda Bodrumda istirahət edən F.Kirkorov bu günlərdə keçirilmiş JARA festivalını xatırladıb və bu tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib:

 

“Biz artıq Bakı üçün darıxırıq! Oktyabrın 30-31-də mənim yeni “Əhvalın rəngi” şou proqramımın premyerasında görüşənədək!”