|
İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, iyulun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8916 manat təşkil edir.

1 türk lirəsi 0.2999 manat, 1 rus rublu 0.0268 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5805 manatdır.