|
Bergüzar Korel hamilədir?

Aktrisa Bergüzar Korel və aktyor Halit Ergenç cütlüyü menecerləri Ayşe Barımın doğum günü partisinə qatılıb.

 

Axşam.az xəbər verir ki, restorandan çıxıb evinə getməyə hazırlaşan cütlük obyektivlərə tuş gəlib.

Korel və Halit "Uzun zamandır bu qədər əylənməmişdik. Çok gözəl bir parti idi" deyib.

Bergüzarın fotoqrafları görəndə qarnını gizlətməsi diqqətdən yayınmayıb. onun hamilə olması ilə bağlı söz-söhbətlər yayılıb. Bundan əvvəl ikinci dəfə ana olması ilə bağlı suala aktrisa "Analığı sevirəm. Oğlum Əliyə bir bacı istəyərik" cavabını vermişdi.