|
Azərbaycanda teatr rəhbəri aktrisanın uşağının ölümünə səbəb oldu - İddia

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.

 

Axşam.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu haqda Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:

"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".

Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb.