|
Həbsdəki MTN generalı şikayətini Ali Məhkəmədən geri çəkdi - təfərrüat

Akif Çovdarovdan sonra  general-mayor Sübahir Qurbanov da kasasiya şikayətini geri götürdü, amma...

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Natiq Alıyev və iş üzrə zərərçəkmiş Əliyev İlqar Nəriman oğlunun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə adıçəkilən şəxslərin kasasiya şikayətini geri götürdükləri elan edilib.

İş üzrə zərərçəkmiş şəxs İ.Əliyevin nümayəndəsi şikayətini geri götürmədiyi üçün proses avqustun 1-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Sübahir Qurbanov 14 il, Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsində MTN-in  Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası qərar çıxarmışdı.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılılıb.

Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov ile ilgili görsel sonucu

Maraqlıdır ki, bundan əvvəl MTN-in  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barələrindəki məhkəmə qərarından verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi gözlənilmədən baş tutmamışdı. Belə ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarov və digər şikayət edən şəxslər şikayətlərini geri götürmələri barədə ərizə veriblər və bu ərizə təmin olunub.

Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov ile ilgili görsel sonucu

Bu səbəbdən kasasiya şikayətləri baxılmamış saxlanılıb.  Sabiq MTN-çilərin başqa bir qrupunun da Ali Məhkəmədə şikayətlərindən vaz  keçmələri bu məsələyə diqqəti artırır. “MTN işi” üzrə gözlənilməz gəlişmə müşahidə edilməkdədir. 2015-ci ilin oktyabrında Eldar Mahmudovun həbsə alınan komandasının üzvlərinə məhkəmələrində sanki loyal münasibət sərgilənir. Məsələn, MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası 1 il azaldılaraq, 4 ilə endirilib.

Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib. A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunmuşdu.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə meyiti saxlandığı istintaq təcridxanasındakı kamerasında aşkar olunmuşdu. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.