|
"Qəbələ" Avropa Liqasında növbəti oyununu keçirib

İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi keçirilir.

“Qəbələ” futbol klubu öz meydanında Tbilisinin “Dinamo” komandasını qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilmiş görüş "Dinomo"nun qələbəsi ilə başa çatıb.

Qollar Levan Kutalya (41-ci dəqiqə) və Arfanq Daffe (87-ci dəqiqə) tərəfindən vurulub.

 

Qeyd edək ki, bu komandaların cavab görüşü avqustun 1-də keçiriləcək.