| Xəbər 6191 dəfə oxunub
Hindistanda qadının mədəsindən pul və qızıl-zinət çıxardılar

Hindistanda maraqlı cərrahiyə əməliyyatı aparılıb.

Trend-in məlumatına görə, Qərbi Benqaliya ştatında cərrahlar 25 yaşlı qadının mədəsindən 1,5 kiloqram sikkə və qızıl-zinət əşyası çıxarıblar.

Qadının psixi problemləri olduğu da qeyd edilib.

Xəstənin anası isə hər dəfə evdən sırğa, bilərzik, qızıl zəncir itdiyini hiss etdiklərini bildirib. Lakin onlar itən qızıl-zinət əşyaları ilə bağlı qızlarından soruşduqda o ağlayıb, cavab verməyib.

 

Yalnız əməliyyatdan sonra həmin qızılların yeri məlum olub.