|
İkinci dəfə ata oldu

Türkiyəli müğənni Berkay ikinci dəfə ata olub.

 

Axşam.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

“Qızım Zeynəb. Allah hər kəsə bu duyğunu dadmağı nəsib etsin” deyə, sənətçi yazıb.

Qeyd edək ki, Berkay Özləm Ada ilə 2016-cı ildə evlənib. 2017-ci ilində qızları Arya dünyaya gəlib.