|
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Trend-in məlumatına görə, II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi İrlandiyanın "Dandolk" klubu olub.

Belə ki, "Dandolk" I təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu mübarizədən kənarlaşdıraraq II təsnifat mərhələsinə yüksəlib.