| Xəbər 1540 dəfə oxunub
Sabirabadın Mərkəzi Bazarında güclü yanğın başlayıb

Sabirabad rayonunda bazarda yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə Sabirabad Mərkəzi Bazarında baş verib. Yanğın təxminən 06:30 radələrində bazardakı dükanlardan birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunsa da, hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Alovun bazarın əksər ərazilərinə yayıldığı bildirilir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.