|
Başqırdıstanda baş vermiş qəzada ölənlərin sayı artıb

Rusiyanın Başqırdıstan respublikasında baş vermiş qəzada ölənlərin sayı 6-ya çatıb.

Trend-in məlumatına görə, Arxanqelsk rayonunda Ufa-Beloretsk magistral yolunda qeydə alınan qəzada 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.

Hadisə zamanı avtobusda 39 nəfər olub.