| Xəbər 497 dəfə oxunub
Məşhur model həmcinsi ilə nişanlandı

Dünyaca məşhur model Kara Delevayn həmcinsi Eşli Bensonla Fransada görüntülənib.

Axşam.az xəbər verir ki, “People” dərgisi onun aktrisa sevgilisi ilə nişanlandığını iddia edib.

Bildirilir ki, 26 yaşlı Kara ilə 29 yaşlı Eşlinin barmaqlarında nişan üzüyünün olması buna əsas verib.

Qeyd edək ki, cütlük bir ildən artıqdır ki, münasibətdədir.