| Xəbər 1445 dəfə oxunub
“Sizinlə nə vaxt küçədə danışmışam ki?”

Türkiyəli aktrisa Beren Saat ötən gün məkanların birindən çıxarkən görüntülənib.

 

Axşam.az xəbər verir ki, rəfiqəsi ilə üç saatdan çox restoranda zaman keçirən sənətçi çıxışda şəxsi həyatı ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

“Sizinlə nə vaxt küçədə danışmışam ki? Danışmaq istəmirəm” deyə, o, bildirib.

Qeyd edək ki, B.Saatın evli olduğu müğənni Kənan Doğuludan boşanacağı iddia edilir.